İngiltərənin “Çelsi” klubunun belçikalı hücumçusu Romelu Lukaku yenidən Milan “İnter”inə qayıtmaqdan imtina edib.
Arena.az bu barədə “Football Italia”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Lukakunun “İnter”dən narazılığı UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final oyununa dayanır. Belçikalı hücumçunu start heyətində yer almaması narazı salıb.
Xatırladaq ki, ÇL-in finalı “Mançester Siti”nin “İnter” üzərində 1:0 hesablı qələbəsi ilə başa çatıb. Həmçinin Lukakunun “İnter”in baş məşqçisi Simone İnzaqinin 2022/2023 mövsümünün ikinci yarısı boyunca verdiyi bir çox qərarlarından narazı qaldığı məlum olub. İtalyan mütəxəssis Lukakunun mövsümün son aylarında yüksək formada olmasına, A Seriyasının son səkkiz oyununda yeddi qol vurmasına rəğmən, belçikalı hücumçunu tez-tez vacib oyunlarda ehtiyat oyunçular skamyasında oturdaraq, Edin Dzeko və Lautaro Martinesə üstünlük verməsi, Lukakunu qane etməyib.
Lukaku özünü İnzaqinin layihəsində mərkəzi fiqur kimi hiss etməyib. Buna görə də “İnter” rəhbərliyinə transferi ilə bağlı “Çelsi” ilə danışıqları dayandırmağa məcbur etmək üçün cavab verməməyə qərar verib.
Geridə qalmış 2022/2023 mövsümündə Romelu Lukaku icarə əsasında “İnter”in heyətində 37 oyununa çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə verib. O, “neradzurri” ilə İtaliya Kubokunu, İtaliya Super Kubokunu qazanıb, İtaliya çempionatında bürünc, UEFA Çempionlar Liqasında gümüş mükafatçı olub.
Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.


