Ronald Kuman: “İspaniyaya qarşı mübariz ruhda oynadıq”

Niderland yığmasının baş məşqçisi Ronald Kuman UEFA Millətlər Liqası 1/4 finalının İspaniya yığması ilə ilk oyununu (2:2) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Oyunu lap sonunda qol buraxmaq xoşagəlməzdir. Amma bizim buna layiq olduğumuzu düşünmürəm. Ancaq aydındır ki, on nəfərlə azlıqda oynamaq həmişə asan deyil. Komandam yaxşı oynayır və mübarizə aparırdı. Biz bu cütün taleyinin həlli məsələsini İspaniyaya köçürdük. Bizə güclü olmaq gərəkdir”, deyə Ronald Kuman vurğulayıb.

Komandalar arasındakı cavab oyunu martın 23-də Valensiyada baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: