Braziliya millisinin sabiq hücumçusu Ronaldo futbol üzrə dünya çempionatının (DÇ-2026) final oyunu ilə bağlı proqnozunu bölüşüb.
Arena.az xəbər verir ki, İspaniyanın AS nəşrinə danışan əfsanəvi futbolçu İspaniya yığmasının Argentinanı böyük çətinlik çəkmədən məğlub edəcəyini bildirib.
Ronaldo turnirin əvvəlindən İspaniya və Fransanı əsas favoritlər hesab etdiyini vurğulayıb:
“İspanlar qələbə qazanacaq və bunu elə də böyük çətinlik çəkmədən edəcəklər. Onlar əvvəldən Fransa ilə birlikdə əsas favoritlər sırasında idi. İspanların inanılmaz futbolu var. Bu, sanki onların instinktlərinə hopub. Onlar uşaqlıqdan bu futbolu oynayırlar, bu onların mədəniyyətinin bir hissəsidir”.
Qeyd edək ki, DÇ-2026-nın finalında Argentina və İspaniya yığmaları üz-üzə gələcək. Qarşılaşma bu gün ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “Metlayf” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


