Ronaldo Messili “İnter Mayami”yə qarşı oynayacaq

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo Lionel Messinin “İnter Mayami”si ilə oyunda meydana çıxa biləcək.

Arena.az məlumat verir ki, bu barədə İdman KİV-i Federasiyasının üzvü olan ərəbistanlı jurnalist özünün “X” sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl portuqal ulduzun zədə səbəbindən bu oyunu buraxacağı haqda məlumat vardı. Belə ki, “Əl-Nəsr” adi yoldaşlıq oyununda veteran hücumçusunun sağlamlığını təhlükəyə atmaq fikrində deyildi.

Mənbənin məlumatına görə, Ronaldo bu gün, yanvarın 31-də fiziki hazırlıq üzrə məşqçi ilə məşq edib. Bu məşqin yekunlarına əsasən, “Əl-Nəsr”in baş məşqçisi Luis Kastro Ronaldonu “İnter Mayami” ilə oyun üçün heyətə daxil etmək qərarına gəlib.

Xatırladaq ki, “Əl-Nəsr” – “İnter Mayami” oyunu bu gün baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: