Kristiano Ronaldonun işi sürətlə genişlənməyə davam edir və portuqal ulduz hazırda Madriddəki otelində işləmək üçün işçilər toplayır.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Nüfuzlu ispan nəşri həmçinin iş yerlərinin və onlara müvafiq maaşların ətraflı siyahısını paylaşıb.
Bu yaxınlarda internetdə, Ronaldoya məxsus “Pestana CR7” otelində iş təklifləri açıqlanıb. Ronaldonun otelinə müxtəlif işlər üçün insanlar tələb edilirlər: xadimə, nəzarətçi, qapıçı, qəbuldar və kiçik süfrəçi. Göstərilən yerlərdə işləmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi (B2 və ya C1 səviyyədə) və bəzi hallarda orta və ya ali peşə təhsili də tələb edilir.
Məsələn, idarəçi vəzifəsi üçün maaş ayda 2300 avro məbləğində, süfrəçi vəzifəsi üçün ayda 1300 avro məbləğində nəzərdə tutulub.
Müraciət edənlərə, həmçinin restorana biletlərin əlavə edildiyi (yəni yemək haqqı ödənilir), şirkət tərəfindən ödəniləcək tibbi sığorta, otellər şəbəkəsinin birində qalmaq istəyənlər üçün isə güzəştli tarifin əlavə edildiyi müddətsiz açıq müqavilə və eyni zamanda, bar və restoranlarda 25% endirim təklif edilir. Məzuniyyətə gəlincə, işçilərə ildə 30 gün və əlavə 20 gün tətil müddəti verilir.
Vurğulanır ki, Kristiano Ronaldonun iş çox sürətlə böyüyür və “Əl-Nəsr”in portuqal ulduzunun daha çox işçiyə tələbatı daima artır.


