“Rosario Sentral” Argentina Peşəkar Liqasının Kubokunu qazandı

Bu gün, dekabrın 17-də “Rosario Sentral” və “Platense” komandalarının qarşılaşdığı Argentina Peşəkar Liqa Kubokunun final oyunu keçirilib.

Arena.az məlumat verir ki, komandaların Santyaqo del Esteroda (Argentina) “Unico Madre de Syudades” stadionunda üz-üzə gəldiyi oyun “Rosario Sentral”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Cənubi Amerika futbol ruhuna xas oyun bərabər mübarizə şəraitində keçib. Oyunda yeganə qolu 40-cı dəqiqədə “Rosario Sentral”ın hücumçusu Maksimiliano Lovera vurub. Məhsuldar ötürmənin müəllifi isə Damian Martines olub. “Platense” oyunu azlıqda başa vurub: 77-ci dəqiqədə müdafiəçi Qaston Suso sarı vərəqə alıb, 89-cu dəqiqədə isə ikinci dəfə sarı vərəqə alaraq, oyundan qovulub.

Argentinalı dəmiryolçular ilk dəfə müvafiq kubokun sahibi olublar.
Vurğulayaq ki, Argentina nəhəngi “Boka Xuniors” Argentina Peşəkar Liqa Kubokunu ikiqat qalibidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: