Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 1-ciI turu Ruan Renato üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi “Zirə”nin heyətində 100-cü çempionat matçına çıxıb.
2023-cü ildən Bakı klubunda çıxış edən cənubi amerikalı bu matçlarda 13 qola imza atıb.
Ruan Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekordçu “Neftçi”də 133 oyun keçirmiş Flavinyoya məxsusdur. Denis Silva isə iki fərqli klubda “100”ü keçib.
- Flavinyo (“Neftçi”) – 133
- Dodo (“Qəbələ”) – 131
- Denis Silva (“Neftçi”) – 116
- Denis Silva (“Şamaxı”) – 113
- Ruan Renato (“Zirə”) – 100
Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda “Qarabağ”da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin şərəfini qorumağa başladığı üçün legioner statusu daşımayıb.


