Ruben Amorim – MY tarixinin ən uğursuz məşqçisi

Ruben Amorim İngiltərə Premyer Liqasının (1992-ci ildən) tarixinə “Mançester Yunayted”in ən aşağı qələbə faizi olan baş məşqçi kimi düşüb.

Arena.az bu barədə “Opta” statistik portalına istinadən xəbər verir.

Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” Premyer Liqa oyunlarının cəmi 32 faizində qalib gəliblər. Bu göstərici klubun Premyer Liqa tarixində ən zəif nəticəsidir.

Bundan əlavə, Amorimin dövründə “Mançester Yunayted” ən aşağı “quru oyun” faizinə də sahib olub – cəmi 15 faiz.

Hazırda Mançester təmsilçisi Premyer Liqanın turnir cədvəlində 20 oyundan sonra 31 xalla 5-ci pillədə qərarlaşıb. Komanda lider “Arsenal”dan 17 xal geri qalır.

Xatırladaq ki, 2024-cü ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi təyin edilmiş Amorim bu gün istefaya göndərilib. Onun klubla 2027-ci ilin 30 iyununadək müqaviləsi var idi.

Ruben Amorim “Mançester Yunayted”i bütövlükdə 63 oyuna çıxarıb, 25 qələbə, 15 heç-heçə və 23 məğlubiyyət görüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: