Ruben Amorim: “Olimpik”lə cavab oyunu fərqli olacaq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının Lion “Olimpik”i ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Old Trafford”dakı cavab oyunu fərqli olacaq. Evdə azarkeşlərimiz bizdən bütün oyun boyu rəqibə təzyiq göstərməyimizi istəyəcəklər, amma rəqib komanda həqiqətən zəkalıdır”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, komandalar arasında Lionda keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Yeri gəlmişkən, Ruben Amorim “qırmızı şeytanlar”ın 29 yaşlı kamerunlu əsas qapıçısı Andre Onana ilə bağlı qərar qəbul etmək istəyir. Portuqal mütəxəssis Onananı başlanğıc heyətdə bir müddət oyuna buraxmaq istəmir.

Buna səbəb isə Onananın Avropa Liqasının səfərdə Lion “Olimpik”i ilə ilk oyununda (2:2) yol verdiyi kobud səhvdir. Belə ki, oyunun 90+5 dəqiqəsində zərbəni dəf edərkən topu öz qarşısına çıxarmış Onananın bu səhvi nəticəsində, “Olimpik” hesabı bərabərləşdirməyə müvəffəq olmuşdu.

Bu arada Britaniya polisi “Mançester Yunayted”in 29 yaşlı kamerunlu əsas qapıçısı Andre Onananın ailəsini mühafizə altına alıb. Buna səbəb Onananın Lion “Olimpik”i ilə ilk oyundan (2:2) sonra üzləşdiyi təhdidlərdir. Həmin oyundan sonra kamerunlu qapıçı ünvanına hədə-qorxu almağa başlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: