Rudi Qarsiya: “Futbolda inandığın zaman hər şey mümkündür”

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya DÇ-2026-nın 1/16 finalında Seneqal üzərində qazanılan dramatik qələbəni (3:2) şərh edib.

Arena.az xəbər verir ki, belçikalılar görüşün 86-cı dəqiqəsinədək 0:2 hesabı ilə geridə olsalar da, son dəqiqələrdə üç qol vuraraq 1/8 finala yüksəliblər.

Oyundan sonra FIFA-nın rəsmi saytına danışan Rudi Qarsiya komandasının sona qədər mübarizə aparmasının uğurun əsas səbəbi olduğunu bildirib:

“Futbolda inandığın zaman hər şey mümkündür. Bu komandanın gücü həm də ehtiyat oyunçularındadır. Çünki yalnız meydanda olan 11 futbolçu ilə nəticə qazanmaq mümkün deyil. İkinci hissədə müəyyən taktiki düzəlişlər etdik. Həlledici ötürmələri ehtiyac olmadığı halda qapıdan çox uzaqda verirdik. Bunu aradan qaldırdıq və oyunumuz yaxşılaşdı. Hətta ikinci qolu buraxdıqdan sonra da ruhdan düşmədik”.

Seneqal millisinin baş məşqçisi Pap Tiav isə əldən verilən üstünlüyün komanda üçün böyük məyusluq olduğunu deyib:

“Turnirlə vidalaşmaq çox ağrılıdır. Futbolçularım sonadək bütün güclərini ortaya qoydular. Təəssüf ki, iki topluq üstünlüyümüzü qoruya bilmədik. Belçikanı növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Futbol belə oyundur və biz bu nəticəni qəbul etməliyik”.

Belçika millisi 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: