“Napoli”nin baş məşqçisi Rudi Qarsiya Səudiyyə klublarının Viktor Osimhenlə maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Arena.az “Tuttomercatoweb” portalına istinadən Rudi Qarsiyanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Elə oyunçular var ki, onların karyerası başa çatır və onların vəziyyətində Səudiyyə Ərəbistanından hansısa kluba keçmək qərarı başa düşülə bilər. Bəzən söhbət, rədd edilə bilməyəcək qədər yüksək məbləğdən gedir. Zirvədə olduğunuz və hələ də çox şey əldə edə bildiyiniz zaman isə tamamilə fərqli bir məsələdir. Amma mən Viktor deyiləm, yaxşısı budur, ondan şəxsən soruşasınız”, deyə Rudi Qarsiya mövqeyini açıqlayıb.

Geridə qalmış 2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol və 4 məhsuldar ötürmə verib.
Osimhen “eşşəkciklər”lə A Seriyasını qazanmaqla yanaşı, 26 qolla turnirin ən sərrast futbolçusu olub.
Nigeriyalı hücumçunun “Napoli” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.


