Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında debüt edib.
Arena.az xəbər verir ki, o, bu yay qayıtdığı sabiq komandasının heyətindəki ilk rəsmi matçına bu gün Almaniyanın Şimal-Şərq Regional Liqasının 1-ci turu çərçivəsində baş tutan “Tsvikkau” ilə oyunda çıxıb.
Rüfət bu oyuna start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının həm bu oyunda, həm də yeni mövsümdəki ilk qolunu da 9-cu dəqiqədə Dadaşov vurub. “Dinamo” isə mövsümə 3:0 hesablı qələbə ilə başlayıb.
Paytaxt təmsilçisi çempionatın 2-ci turunda “Altqlınikke” ilə qarşılaşacaq. Bu oyun avqustun 6-da keçiriləcək.
Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay 2021-ci ilin avqust ayından formasını geyindiyi “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.


