Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 25-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Düren”lə qarşılaşıb. Futbolçumuzun komandası dörd qolun qeydə alındığı bu matçdan heç-heçə ilə ayrılıb – 2:2.
Rüfət Dadaşov bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı forvardın adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 36 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. Cari mövsümdə 21 oyun keçirmiş Rüfətin hesabında isə 9 qol var.


