AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Rusiya – Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Arena.az xəbər verir ki, Danimarka yığmasının müdafiəçisi Andreas Kristensen bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub. Mərkəz müdafiəçisi bu görüşdə qol da vurub.
Qeyd edək ki, Rusiya – Danimarka matçı 1:4 hesabıyla başa çatıb.
Andreas Kristensen İngiltərənin “Çelsi” klubunun formasını geyinir.


