Azərbaycan Premyer Liqasının 16-cı turunun “Neftçi” ilə ev oyunu “Sumqayıt”ın futbolçusu Ruslan Əliyev üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “Sumqayıt” futbol akademiyasının yetirməsi olan Əliyev Premyer Liqada debüt oyununa çıxıb.
Ruslan bu uğura 20 yaş 252 günlüyündə nail olub. Gənc futbolçu qarşılaşmanın 78-ci dəqiqəsində Cordan Rezabalanın əvəzində meydana buraxılıb.
Qeyd edək ki, Ruslan Əliyev debüt matçında “Neftçi” üzərində 2:0 hesablı qələbəyə sevinib.


