Azərbaycan Premyer Liqasının 7-ci turunun “Səbail” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Bayılda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
7-ci tur
24 sentyabr
“Səbail” – “Araz-Naxçıvan” 1:0
Qol: Pedro Nuno, 45+2-pen.
Sarı vərəqələr: Bahadur Həziyev, 85 (qeyri-idman hərəkəti). Pedro Nuno, 90+3 (qeyri-idman hərəkəti). Anas Najah, 90+6 (qeyri-idman hərəkəti) – Tural Bayramlı, 63 (qeyri-idman hərəkəti). Vanderson Melo, 90+3 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 19:30. “Bayıl Arena”, 1200 tamaşaçı.
Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Eyyub İbrahimov.
Dördüncü hakim: Tural Qurbanov.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k) (18. Süleyman Əhmədov, 68), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev (11. Rüfət Abdullazadə, 68), 88. Valdemar Almeyda (8. Bahadur Həziyev, 73), 4. Adi Mehremiç, 99. David Qomis (44. Yadin Luqasi, 78), 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov.
Baş məşqçi: Şahin Diniyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (19. Aksel Nqando, 60), 10. Orxan Əliyev (9. Elvis Maşike, 72), 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev (22. Elçin Mustafayev, 79), 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç (11. Bayraməli Qurbanov, 72), 4. İqor Ribeyro, 8. İsmail Azzaui (23. Nuno Rodriqes, 60), 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov.
Baş məşqçi: Azər Bağırov.


