“Səbail” doğma meydanda 25-ci qələbəsinə sevindi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ”la oyunundakı 2:1 hesablı qələbə “Səbail” üçün yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, Bakı klubu ölkə çempionatında 25-ci ev qələbəsini qazanıb.

Bu, sözügedən komandanın Premyer Liqa çərçivəsində öz meydanında baş tutan 87-ci qarşılaşmada qeydə alınıb. “Səbail” digər matçlarda 18 heç-heçə edib və 44 dəfə uduzub.

Xatırladaq ki, “Səbail” Azərbaycan Premyer Liqasında 2017/18 mövsümündə debüt edib. Bakılıların ilk ev qələbəsi 2017-ci il avqustun 19-da qeydə alınıb. “Neftçi” ilə ev görüşündə meydan sahibləri bir cavabsız qolla qələbə qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: