“Səbail” Premyer Liqada 30-cu dəfə heç-heçəyə razılaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun “Turan Tovuz”la səfər oyunu “Səbail” üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Bakı klubu ölkə çempionatının yüksək dəstəsində 30-cu dəfə heç-heçə edib.

Yubiley sülhü 2:2 hesabı ilə nəticələnib. Paytaxt klubu 142-ci görüşündə bu göstəriciyə çatıb. “Dənizçilər” 14 dəfə evdə, 16 dəfə səfərdə bir xal qazanıb. Bakılılar ölkə çempionatları tarixində 30 və daha çox heç-heçə edən 21-ci komandadır.

“Səbail”in ilk sülhü 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər matçına təsadüf edib – 0:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: