2023/2024 mövsümünə hazırlığını davam etdirən “Səbail” bu gün təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.
Arena.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı komanda Ərzurumda – “Polat Resort Palandöken Hotel”ində məskunlaşıb.
“Dənizçilər” bu gün axşam saatlarında ilk məşqinə də çıxıblar.
Xatırladaq ki, iyulun 1-də Bakıda bir araya gəlmiş “Səbail” Türkiyə toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək. Bu rəqiblərdən hələlik birinin kimliyi məlumdur. Belə ki, Bakı klubu Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”la üz-üzə gələcək. Konya klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasındakı oyun iyulun 21-də baş tutacaq. Oyuna yerli vaxtla saat 17:00-da start veriləcək.
“Səbail”in digər rəqiblər və matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə dəqiqləşəcək. Komandanın qardaş ölkədə nə vaxta qədər hazırlıq keçəcəyi də açıqlanmır.


