Azərbaycan Premyer Liqasının 5-ci turunun “Şəfa” – “Sabah” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
5-ci tur
14 sentyabr
“Şəfa” – “Sabah” 0:3
Qollar: Patrik Mbina, 25. Abdulla Xaybullaeyv, 29. Velko Simiç, 69.
Sarı vərəqə: yoxdur.
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 3 dəqiqə.
Saat 19:00. “Sumqayıt Arena”, 500 tamaşaçı.
Baş hakim: Nicat İsmayıllı.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Zöhrab Abbasov.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şəfa: 1. Nicat Mehbalıyev, 28. Murad Musayev (k), 83. Nihad Quliyev, 6. Fərid Yusifli (8. Vlad Pop, 58), 10. Dilan Mertens (22. Umar Diav, 73), 18. Bafode Dansoko (23. Nahid Əliyev, 73), 4. Maudo Jarjue (5. Arsen Ağcabəyov, 63), 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi, 7. Treyvon Fuller (29. Vüsal Qənbərov, 58).
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 21. İsmayıl Zülfüqarlı, 66. Nurhan Abdıyev.
Baş məşqçi: Zaur Həşimov.
Sabah: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev (16. Rauf Rüstəmli, 81), 21. Velko Simiç (88. Rodriqo Fernandes, 73), 27. Timoteuş Puxaç (k), 37. Du Keyros, 99. Patrik Mbina (18. Karlos Eduardo, 63), 7. Umarali Rahmonaliyev (33. Junior Almeyda, 73), 4. Eyden Makkarti, 23. Yunes Laşaab (20. Coy Lens Mikels, 63).
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 1. Amin Ramazanov, 80. Akim Zedadka, 13. İvan Lepiniça, 11. Kahim Parris, 8. Kristian Nvaçukvu, 35. Cafet Bulus.
Baş məşqçi: Valdas Dambrauskas.


