Azərbaycan boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.
Arena.az xəbər verir ki, yeniyetmələr arasında təşkil olunmuş birinciliyi davam edir.
+80 kq çəkidə mübarizə aparan Səftər Məmmədzadə bu gün növbəti döyüşünə çıxıb. Millimizin üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
Səftər çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.
Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.


