Sənan Süleymanov da erməni rəqibinə qalib gəldi

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Arena.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Süleymanov bu gün təsəlliverici görüşdə Ermənistan güləşçisi Varujan Qriqoryanla üz-üzə gəlib.

Rəqibinə 11:0 hesabıyla qalib gələn güləşçimiz, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, bürünc medal uğrunda Dmitro Pişkovla (Ukrayna) üz-üzə gələcək. Medal görüşlərinə bu gün saat 20:00-da start veriləcək.

Sənan Süleymanov ötən gün 1/8 finalda Harri Latvala (Finlandiya) üzərində 10:0 hesablı qələbəyə sevinsə də, 1/4 finalda Yunus Əmrə Başara (Türkiyə) 5:8 məğlub olmuşdu.

Xatırladaq ki, bundan əvvəl Avropa çempionatında azərbaycanlı güləşçilər Əli Rəhimzadə və Taleh Məmmədov da erməni rəqiblərinə qalib gəlmişdilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: