“Sərhədçi” Boşnyakı Alkaya ilə əvəzlədi

Azərbaycan Basketbol Liqasında mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Arena.az xəbər verir ki, serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollar ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onu bu postda türkiyəli Evren Alkayanın əvəzlədiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir.

“Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: