Sərtan Taşkın “Manisa”dan ayrıldı

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasından ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə TFF 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Sərtan Taşkınla klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçmişdi. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı.

Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 15 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb. “Manisa” geridə qalmış mövsümdə TFF 1-ci Liqada 40 xalla 12-ci yeri tutub.

Sonradan “Keşlə”yə çevrilən “İnter”in (indiki “Şamaxı”) yetirməsi olan Sərtan Taşkın “Sumqayıt” və “Zirə”də çıxış etdikdən sonra “Turan Tovuz”da forma geyinib.

Sərtan Azərbaycan milli komandasında da 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: