Sərtan Taşkın “Səbail”də!

Vaxtilə Azərbaycanda “Keşlə”, “Sumqayıt”, “Zirə” və “Turan Tovuz”da da oynamış Sərtan Taşkın yenidən ölkəmizə qayıdıb.

Arena.az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə vurğulanır ki, son olaraq Türkiyədə “Serikspor” klubunda çıxış etmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalanıb.

Sərtan Taşkın daha öncə ölkəmizdə “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” kimi klublarda da forma geyinib. Cinah müdafiəçisi Azərbaycan Premyer Liqasında ümumilikdə 193 qarşılaşmada meydana çıxıb və 12 qola imza atıb, 7 məhsuldar ötürmə verib. Sərtan Türkiyədə “Manisa”nın da uğurları üçün çalışıb.

Azərbaycanın U-19 və U-21 yığmalarının da üzvü olmuş Taşkın 2021-ci ildə əsas millimizdə debüt edib. O, milli komandada cəmi 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: