Səudiyyə Ərəbistanı ulduzlara dəbdəbəli hədiyyələr verəcək

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təşkilatçıları ulduz futbolçularına Milad bayramı münasibətilə dəbdəbəli hədiyyələr təqdim edəcəklər.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir:

“Bizim yüksək səviyyəli ulduzlarımız var və onlar nadir şeylərə layiqdirlər. Biz göstərmək istəyirik ki, onlar müstəsnadırlar, çünki onlar müstəsnadırlar. Milad bayramı bəzi oyunçular və heyət üçün çox yaxşı keçəcək”, – nəşr məlumatı əldə etdiyi mənbədən sitat gətirir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanının ən zəngin futbol komandaları öz ulduz futbolçularına avtomobil şəklində hədiyyələr verəcəklər: İtaliyanın “Ferrari” SF90 Spider və “Lamborghini”, eləcə də Fransanın “Bugatti” avtomobilləri.

Bundan əlavə, hədiyyələr arasında dəyəri 345 min avrodan bir qədər çox olan saatlar, həmçinin Fransanın “Yves Saint Lauren” brendinin çantaları olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: