“Sabah” Bakıda “Alba”ya məğlub oldu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda “Alba” (Almaniya) ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutmuş oyun rəqibin 85:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, B qrupunda yer almış Bakı klubu ilk turda səfərdə Çexiya təmsilçisi “Nimburk”a da 65:93 hesabı ilə məğlub olmuşdu.

“Sabah” növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi “Elan”a qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: