“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu ikinci oyununda Türkiyə təmsilçisi “Baxçaşəhər”lə üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşmaya saat 19:00-da start verilib. Güclü rəqiblə oyun Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 65:83.
Xatırladaq ki, “Sabah” müntəzəm mövsümün ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzmuşdu.
FIBA Avropa Kuboku
D qrupu, 2-ci tur
25 oktyabr
“Sabah” – “Baxçaşəhər” 65:83
Bakı. “Sərhədçi” İdman Mərkəzi.


