“Sabah” bunu bacaran 4-cü komanda oldu

“Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün startında ardıcıl 4-cü quru hesablı qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, ölkə çempionatları tarixində yüksək dəstədə 4-cü belə seriyadır.

“Xəzri” 1995/1996, “Xəzər Lənkəran” 2007/2008, “Qarabağ” 2019/2020 mövsümündə ilk 4 matçında qol buraxmadan qələbələri sıralayıb. 21 il əvvəl top fərqi 6-0, sonrakı iki seriyada 10-0 olubsa, “Sabah” dörd qələbəni daha çox – 11 cavabsız qolla qazanıb.

5-ci turda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edən “bayquşlar” Premyer Liqada 10-cu dəfə böyükhesablı səfər qələbəsi əldə edib. Paytaxt təmsilçisi rəqib meydanda ən azı 10 belə qalibiyyəti olan 11-ci komanda olub. İlk belə qələbə 2021-ci il dekabrın 16-da “Səbail”lə matça təsadüf edib – 3:0.

Bu qarşılaşmada fərqlənən Velko Simiç paytaxt klubunun heyətində 20-ci qoluna imza atıb. O, bu yubileyə 46-cı matçında çatıb. Serbiyalı yarımmüdafiəçi Premyer Liqada 13 (31 oyun), kubokda 1 (6 oyunda), UEFA Çempionlar Liqasında 6 (9 oyunda) dəfə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: