Azərbaycanın basketbol üzrə “Sabah” komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu üçüncü oyununda Çexiya təmsilçisi “Nimbruk”la üz-üzə gələcək.
Səfərdə baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Xatırladaq ki, “Sabah” müntəzəm mövsümün ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzub, ikinci dueldə isə Bakıda Türkiyənin “Baxçaşəhər” komandasına uduzub (65:83).
Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var.
FIBA Avropa Kuboku
D qrupu, 3-cü tur
1 noyabr
21:30. “Nimbruk” – “Sabah”


