Son Azərbaycan çempionu, yeni mövsümə hazırlığı davam etdirən “Sabah” Basketbol Klubu heyətinə daha bir oyunçu cəlb edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi amerikalı basketbolçu Kollin Törnerlə güclənib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Birinci mövqedə çıxış edən 28 yaşlı basketbolçu oyun qrafikinin sıxlığı nəzərə alınaraq Azərbaycan çempionuna cəlb olunub.
23 nömrə altında çıxış edəcək müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Ötən mövsüm Azərbaycan Basketbol Liqasında çıxış etmiş Törner daha “Gəncə”nin uğurları üçün çalışıb. O, daha öncə Gürcüstanda da legioner həyatı yaşayıb.
Xatırladaq ki, “Sabah” bu mövsüm FİBA Avropa Kubokunda da mübarizə aparır.


