“Sabah” – “Makkabi”: Start heyətlər müəyyənləşdi

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” bu gün İsrailin “Makkabi” (Hayfa) komandası ilə cabab matçına çıxacaq.

Arena.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və İsrail təmsilçilərinin ikinci görüşü Masazırda baş tutacaq.

Krunoslav Renduliçin yetirmələri səfər oyunundan sərfəli nəticə ilə dönüb – 3:0. İndi Azərbaycan təmsilçisi bu üstünlüyünü qorumağa və mərhələ adlamağa çalışacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
1 avqust

20:00. Sabah – Makkabi (Hayfa)
Hakimlər: Peter Kraloviç, Tomaş Straka, Matey Zemko, Boris Marhefka (hamısı Slovakiya).
Masazır. “Masazır Arena”.
İlk oyun – 3:0.

Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev (k), 3. Con İrasabal, 7. Boyan Letiç, 8. Ayaz Quliyev, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko, 20. Coy Lens Mikels, 28. Kahim Parris, 44. Sofian Çakla, 70. Jesse Sekidika.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Neqoş Kupuşoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Makkabi: 40. Şarif Keuof, 2. Daniel Sundqren, 4. Əli Məhəmməd, 6. Qadi Kinda, 8. Dolev Haziza (k), 9. Frantzdi Pyerrot, 26. Mahmud Caber, 27. Pyer Kornud, 34. Aleksandr Sirota, 44. Lorenso Simiç, 91. Dia Sabia.
Ehtiyat oyunçular: 13. Tomas Sultani, 11. Lior Refaelov 16. Kennet Sayef, 17. Suf Podqoreanu, 18. Qoni Naor, 21. Din David, 23. Maor Kandil, 28. İlai Haqaq, 30. Abdulaye Sek, 36. Hamza Şibli, 42. Roey Elimeleç, 55. Rami Gerson.
Baş məşqçi: Barak Baxar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: