“Sabah” “Mornar”a Bakıda qalib gəldi

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu dördüncü oyununda Monteneqro təmsilçisi “Mornar”la üz-üzə gəlib.

Bakıdakı “Sərhədçi” İdman Mərkəzində təşkil olunmuş görüş gərgin mübarizə şəraitində keçib. Qarşılaşma meydan sahiblərinin 81:74 hesablı qələbəsi ilə bitib. Bununla Azərbaycan çempionu müntəzəm mövsümdə ilk qələbəsinə sevinib.

Xatırladaq ki, “Sabah” müntəzəm mövsümün ilk görüşündə məhz “Mornar”la qarşılaşmış və Monteneqroda 75:80 hesablı məğlubuyyətə üzülmüşdü. Bakıda Türkiyənin “Baxçaşəhər” komandasına uduzan (65:83) Azərbaycan təmsilçisi son olaraq səfərdə Çexiya “Nimbruk”una məğlub olmuşdu – 61:95.

İlk qələbəyə baxmayaraq, təmsilçimizin hesabında 5 xal var və qrup sonuncusudur.

FIBA Avropa Kuboku
D qrupu, 4-cü tur
8 noyabr

“Sabah” – “Mornar” 81:74

Xal: Nimbruk – 6. Baxçaşəhər – 5. Mornar – 5. Sabah – 5.

Xəbəri sosial şəbəkələrdə paylaş: