“Sabah” Skopyeyə yollandı

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyunlarında iştirak üçün Şimali Makedoniyaya yollanıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda bu gün axşam saatlarında Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə çatacaq.

Xatırladaq ki, Azərbaycan təmsilçisi qrup mərhələsində ilk matçını oktyabrın 2-də Niderlandın “Donar Qroningen” komandasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı saat 19:30-da start veriləcək. Oyun İctimai Televiziyanın rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq.

“Sabah” 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək ilk komandadır. A qrupunda qərarlaşan Azərbaycan çempionu “Donar Qroningen”dən başqa “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə də qarşılaşacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: