Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” və “Araz-Naxçıvan”ın pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
Arena.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil edilmiş püşkatma mərasimində bəlli olub.
“Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya) komandasını mübarizədən kənarlaşdırsa, “Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
Naxçıvan kollektivi isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiprin “Omoniya” komandasını keçə bilsə, pley-offda Avropa Liqasının 3-cü təsnifat mərhələsinin PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri 28-də baş tutacaq. “Sabah” ilk oyunu evdə, “Araz-Naxçıvan” isə səfərdə keçirəcək.
Çempionlar yolu
Hamrun (Malta)/Makkabi (Təl-Əviv, İsrail) cütünün məğlubu – RFS (Latviya)/KuPS (Finlandiya) cütünün məğlubu
Riyeka (Xorvatiya)/Şelburn (İrlandiya) cütünün məğlubu – Vikinqur (İslandiya)/Linfild (Şimali İrlandiya) cütünün qalibi
Zrinski (Bosniya və Herseqovina)/Breydablik (İslandiya) cütünün məğlubu – Milsami (Moldova)/Virtus (San Marino) cütünün qalibi
Styaua (Rumıniya)/Drita (Kosovo) cütünün məğlubu – Differdanj (Lüksemburq)/Levadiya (Tallinn, Estoniya) cütünün qalibi
Olimpiya (Lyublyana, Sloveniya)/Eqnatiya (Albaniya) cütünün qalibi – Linkoln (Cəbəllüttariq)/Noa (Ermənistan) cütünün məğlubu
Əsas yol
Strasburq (Fransa) – Vikinqur (Reykyavik, İslandiya)/Bröndbü (Danimarka) cütünün qalibi
Silkeborq (Danimarka)/Yagelloniya (Polşa) cütünün qalibi – Hayduk (Xorvatiya)/Dinamo Siti (Albaniya) cütünün qalibi
Panatinaikos (Yunanıstan)/Şaxtyor (Donetsk, Ukrayna) cütünün məğlubu – Servett (İsveçrə)/Utrext (Niderland) cütünün məğlubu
Anderlext (Belçika)/Şerif (Tiraspol, Moldova) cütünün qalibi – Aris (Limassol, Kipr)/AEK (Afina, Yunanıstan) cütünün qalibi
Vikinq (Norveç)/Başakşəhər (Türkiyə) cütünün qalibi – Universitatya (Krayova, Rumıniya)/Spartak (Trnava, Slovakiya) cütünün qalibi
Kristal Pelas (İngiltərə) – Fredrikstad (Norveç)/Midtyulland (Danimarka) cütünün məğlubu
Luqano (İsveçrə)/Çelye (Sloveniya) cütünün qalibi – Banik (Çexiya)/Austriya (Vyana, Avstriya) cütünün qalibi
Rakov (Polşa)/Makkabi (Hayfa, İsrail) cütünün qalibi – Kauno Jalgiris (Latviya)/Arda (Bolqarıstan) cütünün qalibi
Partizan (Serbiya)/Hibernian (Şotlandiya) cütünün qalibi – AEK (Larnaka, Kipr)/Legiya (Varşava, Polşa) cütünün məğlubu
Levski (Sofiya, Bolqarıstan)/Sabah (Azərbaycan) cütünün qalibi – Alkmar (Niderland)/Vaduts (Lixtenşteyn) cütünün qalibi
Polesye (Ukrayna)/Paksi (Macarıstan) cütünün qalibi – Fiorentina (İtaliya)
AİK (İsveç)/Dyor (Macarıstan) cütünün qalibi – Rapid (Vyana, Avstriya)/Dandi Yunayted (Şotlandiya) cütünün qalibi
Klaksvik (Farer adaları)/Neman (Belarus) cütünün qalibi – Rayo Valyekano (İspaniya)
Lozanna Sport (İsveçrə)/Astana (Qazaxıstan) cütünün qalibi – Sent Patriks (İrlandiya)/Beşiktaş (Türkiyə) cütünün qalibi
Larne (Şimali İrlandiya)/Santa Klara (Portuqaliya) cütünün qalibi – Ballkani (Kosovo)/Şemrok Rovers (İrlandiya) cütünün qalibi
Rusenborq (Norveç)/Hammarbü (İsveç) cütünün qalibi – Maynts (Almaniya)
Sparta (Praqa, Çexiya)/Ararat (Ermənistan) cütünün qalibi – Riqa (Latviya)/Beytar (Yerusəlim, İsrail) cütünün qalibi
Hakken (İsveç)/Brann (Norveç) cütünün məğlubu – ÇFR (Rumıniya)/Braqa (Portuqaliya) cütünün məğlubu
PAOK (Yunanıstan)/Volfsberger (Avstriya) cütünün məğlubu – Araz-Naxçıvan (Azərbaycan)/Omoniya (Kipr) cütünün qalibi


