“Sabah”la “Bazel” arasındakı oyunların hakimləri açıqlandı

Azərbaycan çempionu olan “Sabah”ın U-19 komandasının İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu mövsüm Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.

“Sabah”ın U-19 komandasını UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə oyunlar gözləyir. Artıq bu oyunların təyinatları da məlumdur. UEFA oktyabrın 23-də Bazeldə baş tutacaq ilk görüşə xorvatiyalı hakimləri təyin edib. Noyabrın 6-da Bakıda keçiriləcək cavab matçında isə qazaxıstanlı baş hakim təyinat alıb.

Qeyd edək ki, səfər qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da, Bakıdakı görüş isə 18:00-da başlayacaq.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci təsnifat mərhələsi
23 oktyabr

21:00. “Bazel” – “Sabah”
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Baş hakimin köməkçiləri: Luka Payiç, İvan Starçeviç (hamısı Xorvatiya).
Dördüncü hakim: Hayrim Qovanaj (İsveçrə).
“St. Yakob-Park” stadionu.

6 noyabr

18:00. “Sabah” – “Bazel”
Baş hakim: Rustam Omarov (Qazaxıstan).
Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Beloqradov (hamısı Qazaxıstan).
“Bayıl Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: