Şahmat Olimpiadası: Millimiz Litvaya uduzdu, Vyetnamı yendi

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Arena.az xəbər verir ki, bu gün 6-cı turun görüşləri keçirilib.

Azərbaycanın kişilərdən ibarət yığması Litva komandası ilə qarşılaşıb. Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlmiş, Hindistana uduzmuşdu. Təəssüf ki, zəka sahiblərimiz Litva ilə görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər. Aydın Süleymanlı rəqibi ilə “sülh”ə razılaşıb. Şəhriyar Məmmədyarovun qalib gəldiyi gündə Nicat Abbasovla Məhəmməd Muradlı məğlubiyyətə üzülüblər.

Azərbaycanın kişilərdən ibarət yığmasının hesabında hazırda 8 xal var.

Azərbaycan – Litva 1,5:2,5
Aydın Süleymanlı – Titas Stremavicius 0,5:0,5
Nicat Abasov – Paulus Pultineviçius 0:1
Şəhriyar Məmmədyarov – Valeri Kazakovski 1:0
Məhəmməd Muradlı – Tomas Laurusas 0:1

Qadınlardan ibarət Azərbaycan yığması isə bu gün Vyetnamla üz-üzə gəlib. Komandamız əvvəlki turlarda Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlmiş, Argentina və Ukrayna ilə heç-heçə etmişdi. Yığma 6-cı turu da qələbə ilə başa vurub. Komandamız 2 lövhədə üstün olub. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva rəqiblərinə qalib gəliblər. Günay Məmmədzadə günü məğlubiyyətlə başa vurub. Xanım Balacayeva isə rəqibi ilə xalları yarı bölüb.

Qadın şahmatçılarımızın da hesabında 8 xal var.

Vyetnam – Azərbaycan 1,5:2,5
Le Tao Nguyen Pam – Günay Məmmədzadə 1:0
Ti Kim Pung Vo – Ülviyyə Fətəliyeva 0:1
Puong Luong – Gövhər Beydullayeva 0:1
Ngoc Duonq Bac – Xanım Balacayeva 0,5:0,5

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 23-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: