Şahruddin “Ankaragücü” ilə matçda 90 dəqiqə oynadı…

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 21-ci tur çərçivəsində doğma meydanda “Ankaragücü” ilə qarşılaşıb.

Şahruddinin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Məhəmmədəliyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Qonaqlar Şahriddini 63-cü dəqiqədə məyus ediblər. Nəticədə 52-ci dəqiqədə hesabı açmış Şahruddinin komandası qələbəni əldən verib.

“Adana Dəmirspor” bu heç-heçədən sonra 30 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. “Ankaragücü” isə 25 xalla 11-ci sıradadır.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 9 matça çıxıb, 15 qol buraxıb, cəmi 1 “quru” matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: