Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 22-ci tur çərçivəsində səfərdə “Beşiktaş”la qarşılaşıb.
Şahruddinin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Məhəmmədəliyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
“Adana Dəmirspor” bu heç-heçədən sonra 31 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. “Beşiktaş” isə 36 xalla 4-cü sıradadır.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 10 matça çıxıb, 15 qol buraxıb, 2 “quru” matç keçirib.


