Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 31-ci tur çərçivəsində səfərdə “Fənərbaxça” ilə qarşılaşıb.
Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4. Məhəmmədəliyev bu oyuna start heyətdə başlasa da, fasilədə əvəzlənib. Buna onun 1:1 hesabıyla bitən ilk hissədə ayağından zədə alması səbəb olub.
“Adana Dəmirspor” bu nəticədən sonra 39 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. “Sivasspor” isə 38 xalla 11-cidir.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 19 matça çıxıb, 28 qol buraxıb, 3 “quru” matç keçirib.


