Şahruddin “Kayserispor”la oyunda da ehtiyatda qaldı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” Türkiyə Super Liqasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 13-cü tur çərçivəsində səfərdə “Kayserispor”la qarşılaşıb.

Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Məhəmmədəliyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Adana Dəmirspor” bu heç-heçədən sonra 23 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 1 matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: