Futbol üzrə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə 30 yaşlı qolkiper özünün “İnstagram” hesabında paylaşım edib.
O, Super Liqa təmsilçisinin heyətindəki fotosunu paylaşıb və bu sözləri yazıb:
“Hər şey üçün təşəkkürlər, Adana”.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlamışdı. Lakin sözügedən klubun maliyyə problemləri olduğu üçün, əksər futbolçular kimi Məhəmmədəliyevin də Adana təmsilçisini tərk edəcəyi bildirilirdi.
Şahruddin “Adana Dəmirspor”da bütövlükdə 26 matça çıxıb. O, bu oyunlarda 46 qol buraxıb, 5 “quru” matç keçirib.
“Adana Dəmirspor” Türkiyə Super Liqasının 2023/2024 mövsümündə keçirdiyi 38 oyuna topladığı 44 xalla 20 iştirakçı arasında 12-ci yeri tutub. Komanda 10 qələbə qazandığı halda 14 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb. 54 qol vurmuş Adana təmsilçisi 61 top buraxıb.


