Şahruddin “Samsunspor”la matçı “sarı” aldı, 1 qola üzüldü – Video

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 33-cü tur çərçivəsində səfərdə “Samsunspor”la qarşılaşıb.

Şahruddinin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Məhəmmədəliyev bu oyuna start heyətdə başlayıb və sonadək sonadək mübarizə aparıb. O, 68-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Adana Dəmirspor” bu nəticədən sonra 41 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. “Samsunspor” isə 39 xalla 12-cidir.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 21 matça çıxıb, 29 qol buraxıb, 4 “quru” matç keçirib.