Şahruddin “Sivasspor”la oyunda darmadağına sevindi – Video

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 30-cu tur çərçivəsində doğma meydanda “Sivasspor”la qarşılaşıb.

Şahruddinin komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1. İlk hissədə hesabı açan Adana təmsilçisi fasilədən sonra daha 3 qol vurub. Qonaqlar isə Şahruddini 51-ci dəqiqədə məyus ediblər.

Məhəmmədəliyev bu oyunda da 90 dəqiqə meydanda olub.

“Adana Dəmirspor” bu qələbədən sonra 39 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. “Sivasspor” isə 38 xalla 11-cidir.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 18 matça çıxıb, 27 qol buraxıb, 3 “quru” matç keçirib.