“Şamaxı” İbrahim Aslanlı ilə də yollarını ayırdı

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında oynamaq hüququ qazanmış “Şamaxı” klubunda növbəti ayrılıq gerçəkləşib.

Arena.az xəbər verir ki, müqaviləsinin müddəti başa çatmış İbrahim Aslanlı ilə yollar ayrılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Şamaxı” daha əvvəl Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov və Əli Mürsəlovla da yolları ayırmışdı. Əvəzində Səbayıl Bağırov və Abdulla Seydəhmədovla yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: