“Şamaxı” “Kəpəz”dən ayrılan futbolçu ilə müqavilə bağladı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu bu qış fasiləsi dönəmində heyətinə daha bir yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, əyalət təmsilçisi müdafiəçi Zahid Mərdanovla güclənib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Zahid Mərdanov son olaraq “Kəpəz”də çıxış edib. Gəncə klubundan bu qış ayrılan futbolçu əvvəllər “Sabah”ın U-19, “Zirə”nin əvəzedicilərdən ibarət komandalarında da oynayıb.

“Şamaxı” Mərdanovdan əvvəl hücumçu Emil Qasımov və Emin Zamanovu da heyətinə cəlb etmişdi. Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə isə müqavilə yenilənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: