“Şamaxı” “Sumqayıt”la da yoxlama oyunu keçirəcək

Yeni mövsümün hazırlığına iyulun 5-də Qəbələdə start vermiş “Şamaxı” yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşdirib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda toplanış zamanı “Sumqayıt”la üz-üzə gələcək. Bu komandalar arasındakı görüş avqustun 3-də Qəbələ şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, “Şamaxı” artıq bir yoxlama oyununda qüvvəsini sınayıb. Sözügedən komanda Qəbələdə yerli “Qəbələ” komandasına qarşı keçirdiyi görüşdə 1:2 hesabıyla məğlub olub. Bu komanda “Karvan” (21 iyul), “Kəpəz” (26 iyul) və “İmişli” (9 avqust) ilə də yoxlama oyununda üz-üzə gələcəyini açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: