Sambo: Azərbaycan idmançıları AÇ-ni 3 medalla başa vurdular

Sambo üzrə Azərbaycan millisinin üzvləri Serbiyanın Novi Sad şəhərində təşkil olunmuş Avropa çempionatını 3 medalla başa vurublar.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Sambo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, idmançılarımız yarışı 1 qızıl və 2 bürünc medalla bitiriblər.

2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək, ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Sonuncu dəfə böyüklər arasında Avropa çempionu adına 8 il öncə Amil Qasımov yiyələnib. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) isə üçüncülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə ediblər.

Qeyd edək ki, Avropa çempionatında mayın 11-12-də gənclər və yeniyetmələrin mübarizəsinə start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: