“Sampdoriya” Aqustin Alvaresi “Sassuolo”dan icarəyə götürdü

“Sampdoriya” “Sassuolo”nun uruqvaylı mərkəz hücumçusu Aqustin Alvaresi icarəyə əsasında heyətinə cəlb edib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə cari mövsümün – iyun ayının sonuna qədər nəzərə tutulub. İcarə haqqı icarə müddətinin sonunda razılaşdırılacaq.

Cari mövsümün ilk yarısında Alvares “Sassuolo”nun gənclərdən ibarət komandasında 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Uruqvaylı hücumçu “Sampdoriya”nın heyətində artıq debüt edib, eyni ilə məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Aqustin Alvares “Penyarol”un yetirməsidir, 2022-ci iliin iyulunda 12 milyon avro müqabilində “Sassuolo”ya transfer edilib.

Aqustin Alvaresin qənimətlər muzeyində “Penyarol”la qazandığı Uruqvay çempionluğu və Uruqvay Super Kuboku var. Uruqvaylı hücumçu 2020/2021 mövsümü Cənubiamerikan Kubokunun 10 qolla ən sərrast futbolçusu olub.

Aqustin Alvares 2021-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 4 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet portalı 22 yaşlı uruqvaylı mərkəz hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: