“Sampdoriya” Sebastyan Covinkonu İtaliyaya qaytardı

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi Sebastyan Covinkonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Sebastyan Covinkonun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” olub. O, 2019-cu ildən bu klubun uğurları üçün çalışırdı. “Yuventus”un yetirməsi olan futbolçu ölkəsində “Parma” və “Empoli”də də çıxış edib. 2015-2019-cu illər aralığında isə o, Kandanın “Toronto” klubunun formasını geyinib. “Sampdoriya”nın yeni hücumçusu İtaliya yığmasında 23 oyuna çıxıb, cəmi 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: